Предыдущая публикация
Bunu kaş mənə, eləməzdin kaş.
Nə ağıl qalıbdı nədəki yaddaş.
Ay mənim gözümdə, dünən ölənim.
Səni ürəyimdə, yara bilirəm.
Hər gün bulud kimi dola bilirəm .
Nə gedib nədəki, qala bilirəm.
Ay mənim gözümdə,dünən ölənim.
Acı həqiqətsən. doğru yalansan.
Məni mənliyimdən oğurlayansan.
Başıma ən böyük sevgi bəlamsan
Ay mənim gözümdə dünən ölənim.
Hicrana ,həsrətə qovrulub yandım.
Gecə,röyyamdada. adını andım.
Ən ülvi məhəbbət mən səni sandım.
Ay mənim gözümdə, dünən ölənim.
Mən hicran qəminə, can qoydum daha,
Ağrımı acımı. yan qoydum daha,
Daha sevgimizə son qoydum daha,
Ay mənim gözümdə, dünən ölənim.
Ruslan Abbas 23 07.2024.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1