Весы автомобильные и весы платформа. Объявления о продаже бизнеса и оборудования в Санкт-Петербурге на Авито. продаются весы Автомобильные в очень хорошем состоянии 30 т...
27-ci xütbə
İmam Əli əleyhis-salamın (şərafətli ömrünün sonlarında buyurduğu və öz səhabələrini Müaviyə ilə cihad etmədiyinə görə qınadığı) xütbələrindəndir:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, cihad (dinə qarşı çıxanlarla döyüş) Allahın özünün xüsusi dostlarının üzünə açdığı Cənnət qapılarından biri, təqva və pərhizkarlıq libasıdır. (Paltar insanı soyuqdan və istidən qoruduğu kimi təqva əhlini müxaliflərin şərindən qoruyar.) Haqq-təalanın möhkəm zirehi və onun (təqva əhlini düşmənlərin silahlarından qorumaq üçün) güclü qalxanıdır. Hər kəs ondan uzaqlaşıb, onu tərk edərsə Allah ona zillət və xarlıq paltarı, bəla və çətinlik cübbəsi geyindirər. Bunun təsirindən isə həmin adam h