Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Mətbəx fəhləsinin nümunəvi vəzifə TƏLİMATI I. Ümumi müddəalar 1. Bu vəzifə təlimatı mətbəx fəhləsinin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 2. Mətbəx fəhləsi vəzifəsinə, iş stajına tələb qoyulmadan, orta ümumi təhsili və xüsusi hazırlığı olan şəxs təyin edilir. 3. Mətbəx fəhləsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. 4. Mətbəx fəhləsi bilavasitə baş aşpaz və ya aşpaz olmaqla, müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur. 5. Mətbəx fəhləsi aşağıdakıları bilməlidir: 5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; 5.2. qab-qacağın yığılması zamanı sanitar tələbləri;