Ata-anaya ehsanın nəticəsi
Valideynlərinə ehsan və yaxşılıq edən insanlar haqqında söz açmazdan əvvəl burada mühüm bir məsələyə işarə edirik:
İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə də Allah-təala Quranın dörd surəsində bu məsələni Allahı dərklə eyni səviyyədə tutmuşdur.
1. O cümlədən də Bəqərə surəsinin 83-cü ayəsində buyurur:
"Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin...
2. Həmçinin Ənam surəsinin 151-ci ayəsində buyurur:
"Ya Rəsuləllah! De: "Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin.