DİQQƏT!!! PAYLAŞIN!
Gəncə olayları zamanı 200-ə yaxın insan heç bir səbəb olmadan tutuldu. 8 nəfər güllələnərək qətlə yetirildi. Onlardan biri, namaz qılarkən güllələnən Anar Bağırovun bacısı Aynur Bagirova qardaşının qətli haqqında yazır:
"Qardaşımı saat 10-da ceynamazın, möhürün yanında 4 güllə ilə qətlə yetiriblər. Gecə saat 3-ə qədər qanın içində olan möminin əlinə güllə verib şəkillərini çəkiblər. Çox tələb və təkiddən sonra səhər saat 5-də gün doğmamış gətirib dəfn etdilər.
Kəpəzin rəis müavini Adilə deyirəm, 75 yaşlı anam hələ yolunu gözləyir oölunun. Deyir ona cəza olaraq belə dəfn etdik.
Niyə oğlunun qolundan tutub bizə təhvil vermədi. Nə prezident maraqlanır nə vitseprezident".