Məhərrəm ayının 10-cu gecəsi – Aşura fədakarlığının ən maraqlı səhnəsi!
Həzrət Zeynəbdən (s.ə.) belə nəql olunur: “Aşura gecəsi öz xeyməmdən çıxdım ki, qardaşım Hüseynin (ə) və dostlarının halından xəbər tutum. Gördüm ki, İmam (ə) öz xeyməsində tənha əyləşib, Rəbbi ilə raz-niyaz edir, Quran oxuyur. Öz-özümə dedim ki, qardaşımı belə bir gecədə tənha qoymaq doğrudurmu? Allaha and olsun, gedib buna görə qardaşlarımı, əmioğullarımı danlayacam. Sonra Abbasın (ə) xeyməsinə tərəf getdim, xeymənin arxasında dayandım, içəri nəzər saldım və gördüm ki, əmioğullarım, qardaşlarım, qardaşoğullarım Abbasın (ə) ətrafına yığılıb və o da xütbə oxuyur. Ondan Allaha həmd-səna, Peyğəmbərinə (s) salavat ilə başl