Bəlkə də ayrılıq başlayır belə.
Bəlkə ayrılırıq biz bilə-bilə.
Çox ümüd bağladım bir qara telə.
Səndə vur,səndə vur boş qalan bir kürəyim var.
Sənə səndən bil gileyim var...
(14.05.2022)
Bu sevgi ömrümə əsən bir külək.
Can verən sevgiyə nə arzu,dilək.
Aç-söylə dərdini ikimiz bilək.
Mən axı şairəm,min diləyim var.
Sənə səndən bil gileyim var...
Qəlbim qan ağladı,üzünə güldüm.
Min dərdin içində dərdini böldüm.
Səninçün birgündə min kərə öldüm.
Yenə düşündünki, bir kələyim var.
Sənə səndən gileyim var...