Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Artıq az qalmışdı qaranlıq düşə! Yolları görməyə göz işləmirdi, Ya sən gecikmişdin o gün görüşə Ya mənim saatım düz işləmirdi... Bir halda varlığım sənə qəm olub Kimə istəyirsən həyat ol indi Gedirəm ömründən cəhənnəm olub! Dərindən nəfəs al, rahat ol indi... Görəsən, yolumu hardan salım ki? Yolların dumana çənə düşməsin Bilmirəm, bu ömrü necə bölüm ki Ayrılıq tərəfi Sənə düşməsin... Yandır bu tilsimi, qır bu tilsimi Düşünmə əlində çıraq olacam, Bəlkə də, yanından ayrılan kimi Kiminsə ömründə qonaq olacam... Getdiyin hər cıgır, getdiyin hər yol Ayağın altından sürüşəcəkdir Əlvida demirəm, sənə yaxşı yol, Öləndə ruhumuz görüşəcəkdir.... #Aytac Babayeva