Sərçə Allahdan küsmüşdü. Günlər keçirdi, amma sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış, dərin bir hüznə boğulmuşdu. Artıq Rəbbinə heç bir şey demir və onunla danışmırdı!
Mələklər maraqla Allahdan sərçəni soruşur və hər dəfə də Allah, mələklərə “o gələcək” deyə cavab verirdi. “Çünki onun səsini eşidən yeganə qulaq Mənəm və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə Mənəm” deyirdi.
Bir müddətdən sonra sərçə, qəlbi hüzn, gözü yaşla dolu bir halda bir ağacın budağına qondu. Heç bir şey söyləmirdi, ancaq səssiz-səssiz gözləyirdi.
Allah, sərçəyə səsləndi. “Söylə mənə! Canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin?”
Mələklər sərçə nə söyləyəcək deyə