Namaz qılmırsanmı? O sənə qıldırar!
Bir kişi, minəcəyi avtobusun tərpənməsinə bir saatdan çox müddət olduğu üçün terminalın yarı işıqlıq koridorlarını gəzinirdi. Əllərini yumaq üçün bir az irəlidəki məscidə yaxınlaşdığında, iş geyimində bir gənc ona doğru gələrək:
- "Hərhalda namaz qılacaqsınız. Dəstəmaz almaq yerimiz də var." dedi.
Adam, əlindəki siqaretin külünü cavanın ayaqları dibinə silkələyərək:
- "Sən hərhalda gözətçisən" deyə dikləndi. "Nə iş görürsən burada?"
Cavan, küncdəki süpürgəyə işarə edərək:
- "Təmizlikçiyəm" deyə kəkələdi. "Hamam və tualeti təmizləyirəm."
Adam, onu kinayəli gözlərlə süzərək:
- "Mən, namazı sənin kimi çulsuzlara buraxdım" deyə təkəbbürlə güldü.. "Bu iş