Əmirəl-Möminin Əlinin (ə) Yəhudiyə cavabı
(Bu rəvayət Həzrəti Əlinin (ə) Yəhudilərin suallarına cavab verdiyi rəvayətlərdən biridir)
İbn Abbas (r) nəql edir: Yəhudi başçılarından olan iki qardaş Mədinəyə gəldilər. Bizim peyğəmbərin kim olduğunu soruşdular. Ənsar və mühacirdən olan bir dəstə camaat Allah Rəsulunun (s) dünyasını dəyişdiyini dedilər. Onlar dedi: Sizin hansınız O peyğəmbərin vəsisidir. Allah heç bir peyğəmbəri, onun hökmünü təbliğ etmək üçün bir qövmə vəsisiz göndərməyib. Ənsar və mühacirdən olanlar yəhudiləri Əbu Bəkrin yanına apardılar və dedilər: Peyğəmbərin vəsisi budur. Yəhudilər Əbu Bəkrə dedilər: Biz peyğəmbərin vəsisindən soruşmalı olduğumuz məsələləri səndən soruşuruq