Rəsulzadə ucalığı
Ölkənin keçmişinə və gələcəyinə işıq tutan bir liderin daha bir doğum günü, təvəllüd tarixi müstəqil Azərbaycanda sönük keçir. Söhbət Rəsulzadə Məhəmməd Əmin bəydən gedir. Rəsulzadə başda olmaqla o dövrün liderləri param-parça olmuş dağınıq ərazilərdən vətən, ayrı-ayrı məzhəbə qulluq edən dağınıq bir toplumdan millət yaratdılar, yoxdan bir bayraq ucaltdılar, milləti ucaltdıqları bayrağın kölgəsinə topladılar, Azərbaycan adında dövlət qurdular, millətə və onun yaşadığı ərazilərə sahib çıxan bir dövlət.
Bu böyük xidmətlərinə görə ideoloji postulatlar üzərində qurulan Sovet dövləti Rəsulzadəni və onun mücadilə arxadaşlarını, əqidə çiyindaşlarını millətin yaddaşından silə bi