28 iyul peşəkar Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, dirijor Müslüm Maqomayevin xatirə günüdür.
Allah rəhmət etsin inşallah.
Qori Seminariyasını bitirdikdən sonra bir müddət Şimali Qafqazda və Lənkəranda müəllim işləyib, oradakı məktəblərdə xor, dram dərnəyi, orkestr təşkil edib. Bir çox xalq mahnısını nota salan M.Maqomayev 27 yaşından (1912) ömrünün sonunadək opera tamaşalarının dirijoru olub. Azərbaycanın ilk muğam-operalarından olan “Şah İsmayıl”, Azərbaycan musiqili teatrının inkişafında mühüm mərhələ olan “Nərgiz” operaları və “Radio marşı”nın müəllifidir.
14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus