Yoxsul kişi qarpız satan şəxsin yanına
gəlib dedi:
- Allah rizasına görə mənə bir qarpız
verin, yoxsulam, heç nəyim yoxdur.
Satıcı qarpızların içərisində ən pisini
seçib, yoxsul kişiyə verdi. Yoxsul adam
gördü ki, bu qarpız yeməli deyil. Ona
görə də ciblərini eşələyib, bir neçə qəpik-
quruş tapıb satıcıya verdi və "bu pulla
mənə münasib bir qarpız verin", dedi.
Satıcı yaxşı bir qarpız seçib ona verdi.
Bunu müşahidə edən yoxsul kişi
əllərində tutduğu hər iki qarpızı göyə
qaldırıb dedi:
- Allahım, bir bəndələrinə bax! Xarab
qarpızı sənə görə, yaxşı qarpızı isə pula
görə verdi.
Admin