
Yaşayıb...yaşayır...yaşayacaq...
Mən fəxr edirəm ki, Kəlbəcərliyəm..
Şairlər yetirən elim var mənim...
Xalqımın incilər xəzinəsində,
Dədə Şəmşir kimi ləlim var mənim...
Sazının telində el dərdi dinən,
Qurbanım elə bil yaşayıb dünən..
Xoş günü qəfildən tərsinə dönən,
Bimar kimi ömrü külüm var mənim...
Şamil kimi zirvələrə qonanım,
Qənbər kimi əhli-halım, qananım...
Həbib kimi söz üstündə yananım,
Bəhmən kimi "təbi dəlim" var mənim...
Halısanmı Mehdixandan, Qaradan?!
Əhməd kimi qəlbi para-paradan?!
Zəkasıyla sözdən dünya yaradan;
Məmmədim, Qəmkeşim, Əlim var mənim...
Hər kəlməsin, hər söhbətin anıram,
Salmanıma gecə-gündüz yanıram..
Firudindən oxunanda sanıram-
Qucağımda qızılglüm var mənim...
Rüstəm kimi "eşqi qızıl kəsənim",
Əyyub kimi söz üstündə əsənim...
Yaqub kimi talehindən küsənim,
Ənvər kimi daşqın selim var mənim...
Sücaətəm, neçəki var nəfəsim,
Sönməz odum, sönməz eşqim, həvəsim.!
Ölsəm də məzardan gələcək səsim,
Əbədi sənətim, dilim var mənim..
Kəlbəcər 1978 ci il.


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1