+ nə işin var burda? - sənə gəldim.. + mənə? - hə, sənə gəldim. + sən məndən düz 219 gün əvvəl ayrılmadınmı? - hə, amma çox darıxmışam Sənsiz bacarmıram.. + indi başa düşmüsən? Düz 219 gün sonra anladın bunu? - hə. + yox anlamamısan. - necə yəni anlamamısan, bax sənə gəldim. Səni sevirəm. + yox sevmirsən, darıxmadın da. Çünki darıxmaq 219 gün sonra olacaq bir şey deyil. Darıxmaq bu deyil. - bəs bu nədir? Səninçün çox darıxmışam.. + bu, məni kim üçün tərk etdinsə onda peşman olmağındı.Ona görə gəldin. - səni sevirəm.. + heç yaraşmır bu cümlə ağzına. Əvvəlki kimi həyacanlandırmır məni. Məni düz 219 gün əvvəl birlikdə oxuduğumuz məktəbin qapısında tərk etdin yadında? - səni həqiqətən çox sevi