İmanın nişanəsi namazdır
Həzrət Peyğəmbərdən (s) gözəl nəsihətlər
İmanın nişanəsi namazdır. Müsəlman odur ki, digər müsəlmanlar onun dilindən və əlindən amanda olsunlar. Müsəlman müsəlmanın qardaşıdır, nə ona zülm
edər, nə də ona pis söz deyər. Müsəlmanlar düşmən müqabilində bir əl
kimidirlər. Elm öyrənmək hər bir müsəlmana vacibdir.
Müsəlmanın qanı, malı və namusu bütün müsəlmanlara haramdır. Müsəlmanın malı da canı kimi möhtərəmdir. Mücahid (cihad edən) o kəsdir ki, Allah yolunda
özü ilə döyüşsün. Zirək o kəsdir ki, öz nəfsini ram etsin və ölümdən
sonrakı həyatı üçün (əməl vasitəsilə) çalışsın. Bacarıqsız o kəsdir ki,
meylini nəfsani istəklərinin ardınca salır, Allahdan isə xam