Medvedev azərbaycanlını yüksək vəzifəyə təyin etdi
Rusiyada azərbaycanlı nazir müavini təyin edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya baş naziri Dmitri Medvedev həmyerlimiz olan Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.
Rusiya baş nazirinin müvafiq sərəncamı bu gün hökumət saytında dərc olunub.
“Talıbov Azər Mütəllim oğlunun Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin edilsin”, deyə sənəddə qeyd olunub.
Qeyd edək ki, Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri olub. İqtisadi İnkişaf Nazirliyində isə həmyerlimiz bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.
Azər Talıbov