Предыдущая публикация
Bu ayın hikməti bəllidir sənə
Ləziz yeməklərlə iftarı açmaq
Düşəndə yadıma ağırdır mənə
*********
Yeyib Yaradanın halal ruzusun
Bəzən tərpənməyə halımız olmur
"Dözdüm susuzluğa,dözdüm aclğa
Danışan dillər sanki yorulmur
***********
Zəhranın bişirdiyi arpa çörəyi
Ehtiyacı olan götürdü getdi
Sədəqə verməkdə Fatimə xanım
Bütün bəşərə parlaq örnəkdi
***********"
Üç gün su ilə iftar açdılar
Nə dedi susuzam nə dedi acam
Fatimə yaşadı elə bir ömür
Bir kərə demədi aləmə tacam
**********
✍ KƏRBƏLAYİ AKİF ZƏKİ OĞLU✍
Hüseyn ağlamadı Həsən dinmədi
Damarda axırdı Rəsulun qanı
Təkcə qarnımızı ac saxlayırıq
Orucu ixlasla tutanlar hanı?


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3