BENZINI QALDIR
Millət ki susub, sən də rahat benzini qaldır,
Bəsdir bu səbr, arzuna çat, benzini qaldır.
Sanma oyana, cün hələ qəflətdədi millət,
Büdcəndə əgər var batabat, benzini qaldır.
Bir zərrə düşünmə buna millət dözəcəkmi?
Zatən, bizə xoşdur bu həyat, benzini qaldir.
Tək-tək danişanlar olacaqdır buna əlbət,
Kim dinsə onu san həşərat, benzini qaldır.
Gəl, heç də düşünmə bizi ki vardımı imkan?
Artır, yenə bir zərrə də qat, benzini qaldır.
Gündüz nə gərəkdir ki, düşə ortaya təşviş,
Səssiz gecədə imzanı at, benzini qaldır.
Yetmiş qəpiyi doxsana qaldırmağın azdır,
Vardır hələ yer - eylə manat, benzini qaldır.
Tural Qedirov.
15.07.2017.