"Qurban" sözünün lüğəti mənası "Allaha yaxınlıq etmək üçün vəsilə olan" deməkdir.
İslama görə, Allaha sidq ürəklə bağlanan və ona sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır.
Lakin mərhəmətli və ədalətli uca Yaradan bunu öz elçisinə rəva bilməyərək qurbanlıq üçün ona bir qoç göndərir. Bu səbəbdən sözügedən bayramda kəsilən qurbana həm də "İsmayıl qurbanı" deyilir.
Bu il müsəlman dünyası qurban bayramını oktyabrın 4-5-də qeyd edəcək. İbrahim peyğəmbərin dövründən qeyd olunan bu müqəddəs bayramda qurban kəsmək müsəlmanlara müstəhəb, həccdə olanlara isə vacib buyurulub. Həcc ziyarətinin ən yüksək məqamı qurban kəsmək hesab olunur.
Həccdə olm