Nə qədər kiçikmiş dünya ,İlahi
Bir yer tapammadım sərəm, bu dərdi.
Ömrün divarında uçuq yer də yox,
İlahi, bəs hara hörəm bu dərdi?
Üzürük boşqabda bir qaşıq da yox,
Bu dəniz içində bir qayıq da yox.
İçimdə közərən bir işıq da yox,
Gedəm arxasınca görəm bu dərdi.
Nə sən izimdəsən, nə mən izində,
Çıxıb getdim, məni gəzmə özündə.
Bir adam tapmadım bu yer üzündə,
Götürüb apara verəm bu dərdi..!