İmam Hüseyndən (ə) gələn hədis: "Heç kim Qiyamətdə amanda deyildir, məgər o kəs ki, dünyada olan zaman qəlbində Allah qorxusu olsun”.
İmam Rzadan (ə) gələn hədis: "Hər kim möminin qəm və çətinliyini aradan qaldırarsa, Allah Qiyamət günü qəmi qəlbindən aparar”.
Əziz Peyğəmbərimizdən (s) gələn hədis: "Nə zaman sizlərdən biriniz ölsə, Qiyaməti bərpa olar, yaxşı və pisliklərini görər”.
Həzrət Peyğəmbərdən (s) gələn hədis: "Qiyamət günü bəndələrin əməl tərəzisinə qoyulacaq ilk şey - onun gözəl əxlaqıdır”.
İmam Sadiqdən (ə) gələn hədis: "Qiyamət günü ən peşman insan o kəsdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədalət rəva bilməz”.
İmam Baqirdən (ə) gələn hədis: "Qiyamə