Mən sənə bağlanmışam, mən sənə öyrəşmişəm.
Qorxuram addım atam, uçurumlardan düşəm.
Mən səni qəlbimlə yox, ruhum ilə sevmişəm.
Ruhuma çevrilmisən, yaşamaz ruhsuz bədən,
Məncə bu ayrılığı, nə sən istədin, nə mən.
Gözüm axtarır səni, uzaqlardasan yenə.
Boynu bükük körpətək, ehtiyacım var sənə.
Ögəy bildiyim insan, doğma əzizsən mənə,
Qovuşdum təsadüfən,itirdim təsadüfən,
Məncə bu ayrılığı, nə sən istədin, nə mən.
Ayrılığa,həsrətə,dözmürəm artıq yetər,
Unutmaram mən səni,nə olsun illər ötər?
Boynuna almasan da,bəlkə də məndən betər,
Özünü danlayırsan, məni düşünəndə sən,
Çünki bu ayrılığı, nə sən istədin, nə mən...