QARTALA BƏNZƏYƏN TƏZƏ XƏRİTƏ.
Çoxları göstərib son xəritədə,
Qartala bənzədir Azərbaycanı.
Tərif də vururlar, guya hər vədə,
Heyrətə salmışıq bütün dünyanı.
Deyirlər Qartalın başıdır Bakı.
Cənubu.şimalı qanadlarıdır.
Eləsə baxın siz,qanadlar axı,
Kəslib, qısalıb,çox yaralıdır.
Sağ qanad yaranı İrandan alıb,
Ağrısın Təbrizim.Zəncanım çəkir.
Sol qanad yaranı İvandan alıb, --1
Ağrısın Dərbəndim,dörd yanım çəkir.
O, xain erməni.gürcü zopası.
Arxadan vurubdu Azərbaycanı.
Alınıb Borçalı, Qazax qəzası,
O güllü,o göycək Göyçəmiz hanı?
Qarabağ cənnətdi,yoxdu əvəzi,
Adını çəkəndə yannam hər dəfə.
Vermişik Zəngəzur,Dərələyəzi,
Naxçıvan düşübdü indi hədəfə.
Qaytar bu yurdları qoy öz yerinə,
Sonra