"Baku TV" internet televiziyasının Youtube kanalında “Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayının qonağı İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi olub. Diplomat böyük məharətlə iki ölkə arasındakı əlaqələri qiymətləndirib. Dostu düşmən görənlərə sözümüz odur ki, bir zamanlar İran ilə qarşıdurma yaratmaq istəyən medialar, media işçiləri - çalışın ləyaqətinizi qoruyun. Unutmayın! Haram siyasət dəqiq bir elm deyil. Onda dürüstlük axtarmayın və ucuz oyunlara alət olmayın.