Əli (ə) rahətlənən gündür - ŞEİR
Bu gün mövlalərə mövla – Əli zərbətlənən gündür!
Namaz vaxtın ədu (lən) ” fürsət” bilib cürətlənən gündür.
Mübarək ayda vəd oldu şəhadət Şahi-mərdançun,
Peyəmbərdən hədislə öncədən qüvvətlənən gündür.
Rəsulullahla Zəhrayə qovuşdu Allahın şiri,
Ürəklərdə qəm üstə qəm gələn – şiddətlənən gündür.
Şəqi – bədbəxtlərin bədbəxti bir cürət edibdir ki,
Bu cürətdən şüca-əhli coşan, hiddətlənən gündür.
Əlinin bir ömür rəftarı heyrətdə qoyub xəlqi,
Əlinin son günü məxluq yenə heyrətlənən gündür.
Əlini kim sevər – mömin, münafiqlərsə, sevməzlər,
Səbəbdir ki, Əli düşmənləri lənətlənən gündür!
Diliylə rahət oldum: - söyləyib Şahi vila, ey dil,
Bu dünyanın cəfas
Eşq olmasa, aşiq kimi bir ad ola bilməz,
Eşq olmasa aləmdə könül şad ola bilməz.
Eşq olmasa, yerdən göyə qalxmazdı dualar,
Eşq olmasa, göydən yerə imdad ola bilməz.
Eşq olmasa merac edə bilməzdi peyğəmbər,
Eşq olmasa bu möcüzə icad ola bilməz.
Eşq olmasa məddahlar ötməzdi Əlidən,
Eşq olmasa Cəbrailə ustad ola bilməz.
Eşq olmasa, gəlməzdi bu dünyaya imamlar
Eşq olmasa, Zeynəb kimi övlad ola bilməz.
Eşq olmasa, qan axmaz idi Kərbubəladə,
Eşq olmasa, zülmün evi bərbad ola bilməz.
Eşq olmasa, ölməzdi Həbib ibni Məzahir,
Eşq olmasa, Hürr küfrdən azad ola bilməz.
Eşq olmasa dildən-dilə düşməzdi məhəbbət,
Eşq olmasa iman evi abad ola bilməz.
Eşq olmasa, bir kəlmə də söz umma Həsəndən,
Eşq olmas