Qədir-Xumm bayramınız mübarək, əziz müsəlmanlar!
Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xumm bayramı qeyd edilir.
Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib.
Qədir-Xumm hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xumm (əslində Ğədir əl-Xumm) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.
Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: