35 yaşlı azərbaycanlı kişinin qəzada dünyasını dəyişən həyat yoldaşına həsr etdiyi məktub ürək dağlayır. Məktub sosial şəbəkələrdə paylaşılır və çoxsaylı şərhlər yazılır. Sağlığında həyat yoldaşına zülmlər edən kişinin peşmançılığı məktubda əks olunub. Məktubu təqdim edirik: "Məzarının baş ucunda oturmuşam... Çoxdan oturmuşam. Soyuqdur. Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin. Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu. Çox sevinirdin-çünki ilk dəfə idi sənə "gəl, şəklini çəkim” demişdim. Yüyürüb saçlarını qaydaya saldın, pa