SƏTİR-SƏTİR.
S. Iravanlı
"Sevirəm" sözünü kəlmələrinlə ,
Sinəmin üstünə yaz sətir-sətir.
Çevir düzüm-düzüm inciyə,zərə,
Sonra da boynuma düz,sətir-sətir.
T. Cəfərli
Nə gözəl yazmısan a gözəl sona..
Ruhumu oxşadı söz sətir-sətir.
Tutdu əllərindən azad xəyalım
Gəzdi dərə-təpə, düz sətir-sətir..
S. İravanlı
Mənə vüsal gətir,səadət gətir,
Xoş arzular gətir,xoş niyyət gətir.
Gətir qurban olum,məhəbbət gətir,
Yazılsın eşqimə söz sətir-sətir.
T. Cəfərli
Qəlbimə əsmisən.küləklər kimi
Yuxuma gəlmisən mələklər kimi.
Bəzənib durmusan çiçəklər kimi.
Yağır sözlərindən naz sətir-sətir.
S. İravanlı
Gəl öz Südabəni oxşa,əzizlə,
Qoru yad nəzərdən,qoynunda gizlə.
Alışdır köksümdə bir şirin sözlə,
Alov sət