Mənim Azərbaycan adlı bir sevdam var.
Məhəmməd Əmin Rəsulzadənin öndərliyində müstəqil Azərbaycan Xalq Cümhuriyyətini quran aydınlarımıza layiq olacaq, xatirələrini daima uca tutacaq bir Azərbaycan.
Borçalısı, Dərbəndi, İrəvanı, Kərkükü, Urmiyası, Təbrizi olan bütöv bir Azərbaycan.
Bu gün deyilsə də, sabah dünyanın ən ədalətli idarəetmə sisteminin, məhkəmələrinin, qanunlarının olacağı Azərbaycan.
Təhsilli vətəndaşları, əsrarəngiz mədəniyyəti ilə dünyanın ən seçilən ölkələrindən olacaq Azərbaycan.
Xalqı tox, hür və vətən sevgisi ilə dolub-daşan bir Azərbaycan.
Cümhuriyyət Günümüz qutlu olsun!