Salam. Olsun dostlara yeni qeselimi sizlərlə paylaşıram..
Rəsmidir yar elə aşiq ürəyin qan eləsin.
Onu bu tövr ilə öz hüsnünə heyran eləsin.
Mənim öz sevgilimin də belə bir adəti var
Diləyir ki ürəyim hicr ilə əfqan eləsin.
Mənə min dərdi verən yar odur ancaq ki hələ
Görmədim mən onu bir dərdimə dərman eləsin.
Eybi yoxdur çəkərəm dərdini də nazını da
Qoymaram ki ürəyim eşqimə üsyan eləsin.
Mənə Allah özü rast eyləyib ol canani
Qoy elə dərdimə dərman da o loğman eləsin.
Ya məni yarə yetirsin ya da alsın canımı
Sevgimi qeyrilərin bəxtinə ehsan eləsin.
Seyid Eldar sənə canan, elə bir qəlbi verib
Tapa biıməzsən axı ay sənə qurban eləsin.
Müəllif Seyyid Eldar..
Salam olsun dostlara yeni qezelimi sizlerle ermagan edirəm ,,Müəllif Seyyid Eldar.
Nədi qədrin çəkib əvvəl sən özün can biləsən?
Ki ola dərdin, onu dərdinə dərman biləsən.
Etdiyim naleyi ahım sənə çatmır gözəlim
Nə edim mən ki nəce çəkmişəm hicran biləsən?
Çətin olsa bilər aşiq onun asan yolunu
Vay o gündən ki məhəbbət yolun asan biləsən.
Mən də bu sevgi məhəbbət yolun asan bildim
Bu çətinliklər o üzdəndir ey insan, biləsən.
Canımın cananı canımdan əzisən mən üçün
Edərəm hər nəyim olsa sənə qurban. Biləsən.
Qəlbinin sahibini tərkiqılıb qəlbinə sən
Nə rəvadır ki gedib özgəni mehman biləsən?
Dəlilik bir peşədir aşiqə mən də dəliyəm
Seyid Eldarə nəbadə bunu nöqsan biləsən.
Müəllif Sey