Həzrət Zəhra buyurb: Mən gecə istirahət etməyə hazırlaşdığım vaxt Allahın rəsulu (s) yanıma gəlib buyurdu: "Ey Fatimə, dörd şeyi yerinə yetirməzdən qabaq yatma: "Quran xətm etmək, Peyğəmbərlərin şəfaətindən bəhrələnmək, möminləri özündən razı salmaq, həcc və ömrə yerinə yetirmək?. Bunları dedikdən sonra namaz qılmağa başladı. Namazını bitirdikdən sonra dedim: "Ey Allahın rəsulu (s), mənə qüdrətimdən xaric olan dörd şeyi tövsiyə etdin. O Həzrət (s) təbəssüm edərək buyurdu: Əgər İxlas sürəsini üç dəfə oxusan, quranı xətm etmiş olarsan, əgər mənə və qabaqkı peyğəmbərlərə salavat göndərsən, qiyamət günüdə sənin şəfaətçilərin olarıq, əgər möminlər üçün istiğfar etsən, onlar səndən razı olacaqlar