Vəfasız eşqinə yandı ürəyim.
Bir belə gen dünya başıma dardı,
Bütün olanlara o səbəbkardı,
Sevəni sevsəydi nə dərdim vardı?
Vəfasız eşqinə yandı ürəyim.
Ürəyim sevməsə, məndə sevməzdim,
Nə bədbəxt olmazdım, nə qəm yeməzdim,
Sevəni sevsəydi heç inciməzdim,
Vəfasız eşqinə yandı ürəyim.
Körpə uşaq kimi tutaraq dilə,
Kərəmtək yandırıb döndərdi külə,
Göz yaşım gözümdə dönübdü selə,
Vəfasız eşqinə yandı ürəyim.
Gözəl gəncliyimi əlimdən aldı,
Qara saçlarıma vaxtsız dən saldı,
Özüdə bilmədi bu nə xəyaldı,
Vəfasız eşqinə yandı ürəyim.
Mübariz Qəmlini etdi tarimar,
Indi bu halıma yas tutub ağlar,
Sonda peşmanlığın nə faydası var?
Vəfasız eşqinə yandı ürəyim.
Mübariz Qə