Sual 51: İsa (ə) Allahın oğludurmu?
Cavab: Müasir dövrümüzdə xristian dünyasının əksəriyyəti İsanı (ə), həqiqətdə, Allahın oğlu kimi tanıyır və onu «Allahın oğlu» adlandırırlar. İlkin İncildən köklü şəkildə fərqlənən bu günkü İncillərdə, İsanın (ə) Allahın həqiqi oğlu olduğu açıq-aşkar iddia edilir. Qurani-kərimdə İsanın (ə) özünün belə bir iddiada olmadığı bildirilir. İsa (ə) özünü yalnız Allahın peyğəmbəri kimi təqdim etmişdir.
Ümumiyyətlə, «ata Allah», «oğul Allah», hətta «ana Allah» kimi puç və əsassız inamlar, qədim hind və çin bütpərəstliyinə xasdır. «Tövbə» surəsinin 31-ci ayəsində bu barədə deyilir: «Onlar Allahı qoyub, alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı