Ruhum dara düşəndə,
Səsin dərmanım olar.
Məni acı dindirmə
Ölüm fərmanım olar,
Şirin sözündən danış!
Elə danış,elə din,
Qəlbimi sənə açım.
Arzuladın dilədin,
Sənin dünyana qaşım.
Ürək közündən danış!
Çatım,yetim sənə mən,
Səadət anım olar.
Öz əhdindən dönənə
Məhəbbət qənim olar.
Eşqin düzündən danış!
Sevgim sənə əmanət,
Ruhumu qoyma ölə.
Gözümdən acı həsrət-
Yaşını silə-silə
Mənə özündən danış!