Bir kişi mənasını bilmədən Quran oxuyur. Kiçik qızı ondan soruşur:
- Nə faydası var ki, Quran oxuyursan, mənasını başa düşmürsən? Atası deyir:
-Bir səbət götür dənizin suyu ilə doldur gətir. Qızı deyir:
- Suyun səbətdə qalması mümkünsüzdür. Atası deyir:
- Bir sınaqdan keçir, qızım! Qızcığaz, içində kömür saxlamaq üçün istifadə olunan səbəti götürüb suya tərəf gedir. Səbəti suya vurub çıxardır və sürətlə atasına tərəf qaçır. Lakin bütün sular yerə dağılır, səbətdə su qalmır. Atasına deyir:
- Heç bir faydası yoxdur. Atası deyir:
- Bir dəfə də sına, mənim balaca qızım! Qız ikinci dəfə də sınayır,amma heç bir şey alınmır. Üçüncü, dördüncü dəfə də sınayır, heç bir nəticə vermir. Nəhayət yorulub a