___________Səcdə et Xaliqə, ey xəlq olunan cinsi- bəşər,
Gör səninçün necə dünya yaradıbdır nə təhər!
Sən Onu zikr eləsən, qəlbin olar daima şad,
Zövq alarsan əməlindən, bir anın getməz hədər.
O bizə verdiyi nemətlərinin qiyməti yox,
Həmişə hamı üçün ruzisi bol, təptəzə tər.
Naşükr bəndələrin qarnını doldurmaq üçün,
Çalışır göydə buludlar, günəş, ay şamü –səhər.
Ye, iç, israfçılıq etmə, bunu Allah sevməz
Nə verib qədrini bil, gər ağa olsan, ya nökər!
Ana bətnində ikən cisminə can verdi Xuda,
Elminə, qudrətinə şükr elə, ta qəbrə qədər!
O sənə verdi nəfəs, nitq, kəmal, əql, zəka,
Əvəzində Ona “Ləbbeyk”demək olmazmı məgər.
Sən Ona bəndə kimi bəndəçilik etməsən,O,
Neyləyərsən üzərindən nəzərin ç