Emil Əsədov 1998-ci il yanvar 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2004-2012-ci illərdə Z. Həmidov adına Çuxanlı kənd orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə alıb. Emil Əsədov hərbi xidmətinə 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda şəhərində "N" saylı hərbi hissədə "Leytenant" hərbi rütbəsi ilə başladı.
Azərbaycan Ordusunun leytenantı olan Emil Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün