Eyni mərkəzdən idarə olunan məlum bədxah xarici dairələr son günlər “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı səlib yürüşlərini intensivləşdirmişdir. ABŞ konqresində və dövlət departamenti tərəfindən bu həftə atılmış anti-Azərbaycan addımların ardınca Avropa Parlamenti 25 aprel tarixində qərəz və böhtan dolu akt qəbul etmişdir. Guya azərbaycanlıların insan hüquqlarının qeydinə qalan ikiüzlü Avropa parlamentariləri sözügedən qətnamə ilə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırmışdır. Görəsən ötən 30 ildə Ermənistan Azərbaycan ərazilərini işğal edib yüz minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyanda, 30 minə yaxın azərbaycanlını qətlə yetirəndə onla