---Bir nəfər arvadını boşamaq istyr. Ondan səbəbini soruşanda deyir: "Kişiyə yaraşmaz öz arvadının eybin özgələrə desin" . Boşanandan sonra arvadı başqası ilə ailə qurur. Yenə həmin kişidən soruşurlar ki, daha sənin arvadın deyil o boşadığın qadın. Heç olmasa indi deyə bilərsənmi ki, o vaxtı hansı səbəbə boşanmısan? Kişi cavabında deyir:"Indi də o başqasının arvadıdır, kişiyə yaramaz başqasının arvadının qeybətini eləyib, eyiblərini açsın."
Nədir axı evlilik? Evlilik uşaq yaratmaq, qadının bozbaş bişirməsi deyil... Evlilik iki nəfərin həyat yoludu. Həyat yoldaşı gözəl sözdü. Bəzi oğlanlar ailə qurur, nişanlı olan vaxtı yazdığı mesajları yazmır Çoxları qızı alır toy günü hər şey bitir. Evli olanlar evə gəlir tez yemək yeyir gedir çayxanaya, bilyard oynamaga Evlilik bilirsiz necə olmalıdı? Sanki dünən tanış olmusan həyat yoldaşınla. Deyəcəksiz ailə qayğıları artır, sevgi unudulur. Amma unutmayın ailəni yaradan, yaşadan sevgidir. Kişini güclü edən onu sevən qadındır, qadını güclü edən də kişi sevgisi