Gəldi Məhərrəm ayı,
molla fırıldaq dayı.
Qoşul rövzəxanlara
Köhnə müsəlmanlara
Gündə get ehsanlara
Ye bozbaşı, iç çayı,
Molla fırıldaq dayı.
Yanla molla Qəvamı
Tovla beş-on avamı,
Qətlə yetir İmamı,
Özün də Şümrün tayı
Molla fırıldaq dayı.
Əzəldən dolaşıqsan,
Nə molla, nə aşıqsan,
Hər qazanda qaşıqsan,
Hərcayısan, hərcayı.
Molla fırıldaq dayı.
Əyləşərək lap başda,
Böyük olsan da yaşda,
Gözün qalıb hey aşda,
Yeməkdən oldun ayı.
Molla fırıldaq dayı.
Əlinə vərəq alır,
Siğə edib fırlanır,
Bu deyəsən səhv salır,
Bakı ilə Tehranı.
Molla fırıldaq dayı.
Əliağa Vahid.
Ay Vahid nə yaxşı bugünləri görmədin getdin.
Bizdən nigaran qalma,necə görmüsənsə eləyik,sakitçilikdir,yenə bayquşla