__Hissizliyi hiss etmək, darıxmaq var gecələrdə nə üçün ya kim üçün olduğunu bilmədən. Daha çox heçkimmiş kimi hiss etmək var. Yazmadıqca insanı içdən yavaş-yavaş yeyib bitirən sözlər var. Mahnılar var, yazmağa məcbur edən, gəlməyən yuxu, mən varam, yalnızlıq var bir də yanımda kimsənin olmadığı halda kimisə hiss etmək var. Unutmağı bacarmayıb yata bilməyən insanlar var bir də.. Bilirəm qəribədir, amma bu gecələrdə bir şey var. insanı məhv edən, yıxıb sürüyən gecələrdən danışıram. Keçmişdən bəri üst-üstə yığılıb qalan çürümüş gecələrdən...
Qadınlığın cazibəsi mətbəxlərdə öldürülüb beşik başlarında basdırılıb. "Evdar qadın" deyilən bir söz icad etdilər və qadınları o sözə sığışdırıb evlərə məhkum etdilər. Evi yığ, yeməyi bişir, uşağa bax, arada televizorun olsun, modernləşdiyin tək şey də internetə girə bil.