~Ay Dəllər~
Dörd tərəfi yaşıl meşə ağacı.
Meşələrdən əksik olmaz turacı.
Nə gözəldir orta təpə yamacı,
Cənnətdən bir busə sən ay Dəllər.
Pirinə bax, böyük bulaq, qalası,
Ləzzət edər qatar qaya havası.
Mərhəm olar kimin varsa yarası,
Xəstə dərdə dərmanımsan ay Dəllər.
Qışda geyər ağappaq libası,
Donar qalar Novruz ağa bulağı.
Geri dönməz bizim kəndin qonağı,
Qonaq olum nə gözəlsən ay Dəllər.
Mahsunam mən el-obanın şairi,
Elim, obam, vətənimsən ay Dəllər.
Mahsunam mən şeirlərin qazisi,
Vərəqimə qələmimsən ay Dəllər.
Sən YAZ! Dedin, mən də yazdım.