ANA HƏSRƏTİ
Bilirəm..həsrətəm sənə ömürlük,
Söylə təsəllini mən nədən alım?
Bacıma baxdıqca düşürsən yada,
Ay Ana, qoxunu mən kimdən alım?
Dağlara baxanda səni anıram,
Yoxlugunu çoxlarından danıram,
Sənsiz elə için-için yanıram,
Ay Ana, qoxunu mən kimdən alım?
Bülbül oxuyarmı çiçək açmasa,
Çiçək-çiçək deyil ətir saçmasa,
Mən də mən deyiləm Anam qucmasa,
Ay Ana, qoxunu mən kimdən alım?
Sənin həsrətindir yandiran məni,
Sənsiz mənə yaddır sevinc aləmi,
Dolanim başına pərvanə kimi
Ay Ana, qoxunu mən kimdən alım?
Qaygisiz körpətək yatmış könlümü,
Yenə də ay Ana, sənmi oyatdın?!
Sənsilik məhv edib mənim ömrümü,
Ay Ana, qoxunu mən kimdən alım?
Döndü yenə hecə gözümdə həyat,
Başıma