Bir cavan oğlan Universiteti bitirib evə qayıdır. Ancaq 3 dənə suala cavab tapa bilmir. Alimlərə sual versə də heç biri cavab verə bilmir. Valideynləri bir nəfər din alimi gətirirler ki, bəlkə sənin suallarına din alimi cavab verə bildi.
Oğlan alimə deyir ki, siz mənim suallarıma cavab verə biləcəksinizmi? Heç bir alim cavab verə bilməyib.
Alim deyir İnşAllah cavab verməyə çalışaram, Allahın köməkliyi ilə..
Oğlan suallarınl verməyə başlayır.
1. Allah varmı? Əgər Allah varsa, mənə təsəvvür edin ki, Allah necədir?
2. Qismət varmı?
3. Şeytan da oddan yaranıb, cəhənnəm də oddan yaranıb. Bəs Allah düşünməyib ki, od odda necə yana bilər?
Oğlan suallarını bitirdikdən sonra alim oğlana sillə vurur.