Ürəyim nalə çəkib tüstüləyir ərşə qədər,
Çətin ki, bu dünyaya yön eləyəm bir də gələm.
Babalardan qalan adətimiz yerlə,yesər,
Özgə qapılarına gedış çoxmu olacaqdı hələm?
Gedişatı anlamıram, barı sənsə söylə qələm.
Kimisi oqru,quldur amma yaxşıdır sədası
Kimisi qəm-qüssədə kəman tək çıxır nəvvası
Mərdləri papaq altda, at oynadır gər, kədası
Naləmin tonu da yox bilinməyir bəməm,ziləm ?
Gedişatı anlamıram, barı sənsə söylə qələm.
Çoxları yolun azıb heç tanımır millətini
Duymadıq yaşamaqın nə yolun, nə illətini,
Verdiyi qəpiy,quruş dolandırmır külfətini
Dam, daş da ödəməyir, artır günü , gündən sələm
Gedişatı anlamıram barı sənsə söylə qələm
Neft,qaz,qızıl yataqı varımızdır