SƏDƏQƏ Əgər (müstəhəb olan ) sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır. (Q-K. Bəqərə surəsi, ayə 271 ) Hz Məhəmməd (s): Ən üstün sədəqə gizlində yoxsula verilən və kasıb vaxtı edilən sədəqədir. (Kənzul-Ummal, hədis 16250 )
Ölənin yaxınları cənazəni torpağa basdırıb qayıdanda,mələk
bir ovuc torpağı onların ardınca atar. ..
Dünyanı bir körpüyə bənzədirlər. İmam Baqir (ə) buyurur:
"Dünyanı çayın üzərində olan körpü qərar verin ki, onun
üzərindən keçirsiniz. Ruzigarın sonuna qədər ona tərəf
qayıtmayacaqsınız”.
Bəli, dünya elə bir körpüdür ki, bəziləri ölərək onu başa
vururlar, bəziləri də Allah yolunda şəhadətlə. Ancaq hər
bir halda bu körpüdən keçmək lazımdır. Dünya qalıcı bir
yer deyildir. Körpü olduğu üçün ondan keçib getmək
lazımdır. Qalmalı olduğumuz yer - körpünün o biri
başıdır.
Quran buyurur: «Ey mənim qövmüm! Bu dünya həyatı
yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və
həqiqətən sabitlik və əbədilik e