Gəl dedim köksümə yaralıdüşdü,Əl açdım, əllərim aralı düşdü,Ona bu ağ Dünya qaralı düşdü,Bir sevda ağlayır içimdə mənim !Qədri bilinmədi, ömrü qırıldı,Həsrət boyun bükdü, hicranyoruldu.O hərgün incidi, hər gün vuruldu,Bir sevda ağlayır içimdə mənim !Min gül solduranlar min güldərdilər,Yüngül çiçəkləri, yüngüldərdilər,Mən ürək açanda baxıb gördülər,Bir sevda ağlayır içimdə mənim !Bacara bilmədim özüm-özümlə,Dil tapa bilmədi işim sözümləMənim fəryadımla, mənimgözümlə,Bir sevda ağlayır içimdə mənim !Mənəm daş daşıyan oməhəbbətə,İtmiş qaş daşıyam o məhəbbətə,Özüm bas daşıyam o məhəbbətə,Bir sevda ağlayır içimdə mənim !Gec oldu qədrini mən biləndə də,Sevinc yaşayib, qəm böləndə də,Üzümə baxmayın,