Ayrılsaq ölərəm demişdim sənə, Mən elə ölmüşəm yaşamıram ki. Cismən sağ görünüb ruhən ölmüşəm. Diri bədəndə can daşımıram ki. . . Şərt deyiliydi ki, məzara girim, Bom-boş otağım da məzardır mənə, Xəyallar torpaq tək üstümü örtür Adi yatağım da məzardır mənə.